İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp administrasiyası demokratların elektoratını seçkidə iştirakdan belə yayındıracaq – İlginc plan

306 24.07.2026 10:31 Siyasət A A

Donald Tramp administrasiyası adətən Demokratları dəstəkləyən irqi və etnik azlıqların noyabr ayında səs verməsinə maneə törətməklə hakim Respublikaçılar Partiyasının ara seçkilərdə qələbəsini təmin etmək istəyir.

Musavat.com xəbər verir ki, məlumatı Pulitzer mükafatı laureatı, amerikalı jurnalist Seymur Herş mənbələrə istinadən Substack platformasındakı bloqunda yayıb: "Mənim məlumatıma görə, Ağ Evdə prezidentdən başqa əsas fiqur administrasiyanın sərt immiqrasiya siyasətinin fanatik memarı Stiven Millerdir. Tramp ötən həftə etdiyi kimi, ABŞ seçkilərində Çinin təsiri və həssas seçki infrastrukturu haqqında istədiyi qədər danışa bilər, lakin Miller sistemin necə işlədiyini və lazım olanın saxtakarlıq halları deyil, kifayət qədər sayda vətəndaşın - əsasən adətən Demokratları dəstəkləyən azlıqların - səs verməkdən çəkindirməyin yolları olduğunu başa düşür. Sadə dillə desək, onları seçki məntəqələrindən çəkindirmək istəyirlər".

Jurnalistin sözlərinə görə, ABŞ administrasiyası "bəzi seçiciləri səs verməkdən çəkindirmək" ümidi ilə ən gərgin mübarizənin getdiyi "ştatlarda seçki məntəqələrini qorumaq" üçün qoşun yerləşdirməyi planlaşdırır: "Hazırkı plan, xüsusilə Texas və Corciya kimi ştatlarda azlıqların çoxluq təşkil etdiyi ərazilərə dəniz piyadalarının göndərilməsini nəzərdə tutur. Məqsəd ondan ibarətdir ki, bəzi ispan və digər ağdərili olmayan vətəndaşlar ABŞ qoşunlarını görəndə üz çevirib səs verməyəcəklər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR