İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy karvanında qəza: Bəyin qardaşı...

1288 28.04.2023 02:19 Hadisə A A

Şəmkir rayonunda toy karvanında hərəkətdə olan avtomobil maneə çırpılıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Toy mərasiminin keçirildiyi şadlıq evindən çıxıb hərəkət edən avtomobil karvanında "VAZ-21021" markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü olan bəyin qardaşı 1999-cu il təvəllüdlü S.Yusifov və avtomobildə sərnişin qismində olan daha bir şəxs yaralanıb.

Sürücünün xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR