İnsanlara hürriyət, millətlərə istiqlal!

Torosyandan Paşinyanla bağlı ŞOK AÇIQLAMALAR 

1197 13.11.2023 17:04 Son xəbər A A

“Ermənistan hakimiyyəti Türkiyənin dəstəyi ilə Azərbaycanın irəli sürdüyü bütün tələbləri tədricən yerinə yetirir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş sədri Tiqran Torosyan deyib.

Onun sözlərinə görə, reallıqda 9 noyabr tarixli bəyanatın heç bir hüquqi qüvvəsi yoxdur, çünki bu sənədlə Ermənistanın baş naziri Nikol Paşinyan öz üzərinə yerinə yetirilməsi onun səlahiyyətlərinə aid olmayan öhdəliklər götürüb.

“Ermənistanın baş naziri Kəlbəcər və Zəngilanı hansı səlahiyyət əsasında təslim etmişdi? Bu səlahiyyətlər harada qeydə alınıb? Reallıqda bu bəyanatın heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycanın maraqlarından irəli gələn bütün müddəalar ardıcıl surətdə həyata keçirilir, Ermənistan tərəfinin bu və ya digər dərəcədə maraqlarına toxunan müddəalar isə yox”, - deyə Torosyan qeyd edib.

Torosyan Paşinyanın Tiflisdə təqdim etdiyi “Sülh kəsişməsi” layihəsinin reallaşa bilməyəcəyini də deyib. Onun fikrincə, bu bəyanatı Paşinyan bir məqsədlə - Rusiya Federasiyasının yollara nəzarət etməyəcəyini aydınlaşdırmaq üçün səsləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR