İnsanlara hürriyət, millətlərə istiqlal!

Tonoyandan “İskəndər” və “Toçka” etirafı

1586 01.08.2023 20:13 Region A A

Ermənistanın sabiq müdafiə naziri 44 günlük müharibədə Azərbaycana qarşı törədilən cinayətkar əməllərin bir qismini məhkəmə istintaqında etiraf edib. “Müharibə zamanı imkan daxilində İsgəndər, Toçka və başqa növ silahlardan istifadə olunurdu”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə istintaq komissiyasının iclasında respublikanın keçmiş müdafiə naziri David Tonoyan müharibənin ilk günlərində niyə planlı işlərin aparılmaması sualına cavab verərkən deyib.

Qeyd edib ki, “İskəndər” və “Toçka” raketlərinin düşmən hava limanlarında yerləşdirilən döyüş təyyarələri və PUA-larına zərbələr endirməsi, bununla da onların düşmən tərəfindən istifadəsinin qarşısını alır. “İmkan yarananda “İskəndər”lərdən, “Toçka”lardan, döyüş təyyarələrindən və pilotsuz təyyarələrdən istifadə edilirdi. Nə vaxt - buna komanda qərar verir”, - Tonoyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR