İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi tezliklə imzalanmalıdır

385 12.12.2025 13:21 Dünya A A

Avqustda iki ölkə arasında imzalanmış bəyannamə tarixi əhəmiyyət daşıyır və Cənubi Qafqazda, eləcə də regiondan kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır.

Musavat.com “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli–2025” forumunda səsləndirib.

Tokayev bildirib ki, Ermənistan və Azərbaycan arasında tammiqyaslı sülh müqaviləsinin tezliklə imzalanmasını gözləyir:
“Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin yaxın vaxtlarda bağlanacağına ümid edirik”, — deyə Qazaxıstan prezidenti vurğulayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR