İnsanlara hürriyət, millətlərə istiqlal!

"Titanik"in surəti yaradılır - 2027-ci ildə...

560 14.03.2024 17:24 Dünya A A

Avstraliyada 1912-ci ildə batan "Titanik"in eyni ölçülü surəti hazırlanacaq.

Musavat.com "Daily Mail" istinadən xəbər verir ki, gəmi ilk səyahətinə 2027-ci ildə çıxa bilər.

Qeyd olunub ki, təşəbbüs milyarder Kliv Palmerə məxsusdur. Gəminin tikintisini onun “Blue Star Line” şirkəti həyata keçirəcək.

Milyarderin sözlərinə görə, tikinti 2025-ci ilə qədər başlaya bilər.

Qeyd olunub ki, gəmi ən son naviqasiya və təhlükəsizlik sistemləri ilə təchiz olunacaq, lakin onun dizaynı 1912-ci ildə batmış orijinalı təkrarlayacaq.

İlkin hesablamalara görə, 56 min tonluq gəminin tikintisi Palmerə 1 milyard funt-sterlinqə başa gələcək.

Məlumata görə, milyarderin 2012 və 2018-ci illərdə belə bir gəmi tikmək planı olub, lakin maliyyə çatışmazlığı və koronavirus pandemiyası səbəbindən layihə təxirə salınıb.

Xatırladaq ki, 2200-dən çox insanı daşıyan "Titanik" 1912-ci il aprelin 15-nə keçən gecə aysberqə çarpdıqdan sonra Atlantik Okeanında batıb. Təxminən 1,5 min nəfər ölüb, 712 sərnişin və ekipaj üzvü xilas edilib.

Titanikin qalıqları 1985-ci ildə təxminən 4 min metr dərinlikdə aşkar edilib. Gəminin qalıqları YUNESKO-nun mühafizəsi altındadır, lakin onların vəziyyəti ildən-ilə pisləşir. Qalıqlar sualtı bakteriyalar səbəbindən 2050-ci ilə qədər tamamilə yox ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR