“Time” jurnalı bu il ən nüfuzlu titulunu, “İlin Adamı” adına texnologiya dünyasının üç nəhənginə verib.
Musavat.com xəbər verir ki, nəşrin yeni buraxılışının üz qabığında İlon Mask, OpenAI rəhbəri Sem Altman və Nvidia prezidenti Censen Xuand yer alıb.
Jurnal bu qərarı süni intellekt dövrünün formalaşdırılmasında onların həlledici roluna bağlayır. Altmanın rəhbərlik etdiyi OpenAI qlobal AI yarışını sürətləndirib, Huang-ın Nvidia-sı isə süni intellekt üçün vacib olan qrafik prosessorlar bazarında dominant mövqedədir. Mask isə həm Tesla, həm də xAI layihələri ilə sektorda yeni rəqabət xəttləri açır.
Süni intellektin qlobal gündəmi dəyişdirdiyi bir vaxtda “Time” bu üçlüyü yeni texnoloji eranın memarları kimi təqdim edir.
Musavat.com






