İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok”un Azərbaycanda gündəlik auditoriyası 3 milyondur- Rəsmiləri Bakıda

618 17.12.2022 13:38 Gündəm A A

“TikTok” rəsmiləri yenidən Bakıya gəlib.

Musavat.com xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, bu sosial platforma son zamanlar Azərbaycanın rəqəmsal bazarına ciddi maraq göstərir: ““TikTok”un Şərqi Avropa üzrə rəsmiləri Azərbaycanın dövlət və özəl sektoru ilə, ekspertlərlə görüşlər keçirib. “TikTok” rəsmi komandası ötən bir neçə gündə ölkəmizdə keçirdikləri görüşlərdə təhsil, mədəniyyət, idman və turizm, uşaqların təhlükəsizliyi və s. istiqamətlərdə müxtəlif layihələrin, Azərbaycandilli kontentin inkişafı ilə bağlı birgə işlərin icrası məsələlərini müzakirə ediblər.

“TikTok” rəsmisi ilə görüşdə Azərbaycanın rəqəmsal bazarı, ölkədə qlobal şirkətlərlə bağlı hazırlanan yeni tənzimləyici sənədlər haqqında məlumat verdim. Belə anladım ki, “TikTok” rəsmiləri gələcəkdə Azərbaycanda rəsmi ofisin açıla biləcəyini istisna etmir. Onlar Azərbaycanda “TikTok”un gündəlik auditoriyasının 3 milyon olduğunu qeyd edirlər”.

O. Gündüz xatırladıb ki, hazırda regionda yalnız Rusiya və Qazaxıstanda “TikTok”un rəsmi ofisləri fəaliyyət göstərir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR