İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə xüsusi təyinatlılar etirazçıları uzaqlaşdırmağa başlayıb

384 30.04.2024 22:02 Dünya A A

Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb.

"Report"un yerli Gürcüstan bürosu xəbər verir ki, etirazçılara qarşı bibər qazından istifadə edilib.

Polis “xarici agentlər” haqqında qanuna etiraz edənləri binanın giriş-çıxışlarını kəsməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmağa çağırır, əks halda qanunu pozan şəxslər saxlanılacaq. 

***

Gürcüstan parlamentinin binası yaxınlığına polis və xüsusi təyinatlılar cəlb edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, deputatların və parlament aparatının təhlükəsiz hərəkəti və hadisələrin süni şəkildə genişlənməsinin qarşısını almaq məqsədilə edilib.

Polis “xarici agentlər” haqqında qanuna etiraz edənləri binanın giriş-çıxışlarını kəsməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmağa çağırır, əks halda qanunu pozan şəxslər saxlanılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR