İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis yenidən qaynadı, etirazçılar küçələrə töküldü: yeni inqilab? - VİDEO

1148 03.06.2024 01:57 Dünya A A

Tiflisin küçələri yenidən insan qaynayır.

Musavat.com xəbər verir ki, xarici agentlər haqqında qanuna etiraz edənlər, ölkələrinin gələcəyini Avropa ilə birgəlikdə görənlər Respublika meydanında xeyriyyə tədbiri keçiriblər. Burada keçmiş mitinqlərdə saxlanılan vətəndaşların cərimələrini ödəmək üçün pul yığılıb.

Tədbir başlamazdan əvvəl müxtəlif qeyri-hökumət təşkilatlarından olan, xarici agentlər haqqında qanunun əleyhdarları Tiflisin mərkəzi prospektləri ilə yürüş ediblər. Aksiyada abxaziyalı məcburi köçkünlər də iştirak ediblər.

Tiflisdə və Gürcüstanın iri şəhərlərində təxminən bir ay yarımdır davam edən küçə etirazlarına, həmçinin ABŞ və Avropa İttifaqının sanksiya hədələrinə baxmayaraq, mayın 28-i Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu aşaraq onu ilkin redaksiyada qəbul edib. 

Qanuna qarşı olanlar isə Qərb paytaxtlarından dəstək alaraq, mövcud hökuməti istefaya məcbur etmək istəyirlər. Onlar Gürcüstanda yeni "Qızılgül inqilabı" etməyi arzulayırlar. Lakin 40 gündən çox zaman keçməsinə və etirazların davam etməsinə baxmayaraq, buna nail ola bilməyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR