İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis Parisə niyə "yox" demədi? - AÇIQLAMA

2309 13.11.2023 18:37 Siyasət A A

"Ermənistanın hazırda Fransa ilə yeganə nəqliyyat əlaqəsi Gürcüstan üzərindən ola bilər çünki Türkiyə və İrandan mümkün deyil. Rusiyadan isə yəqin ki, Paris özü istəməz. Yeganə alternativ Gürcüstandır. Rəsmi Tiflisin bundan imtina etmək üçün ciddi arqumenti yoxdur".

Bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib.

O vurğulayıb ki, hazırda müharibə yoxdur, atəşkəs razılaşması qüvvədədir və Ermənistan Azərbaycanla sülh bağlamağa hazırlaşır:

121502.jpg (102 KB)

"Bilindiyi kimi, müharibə zamanı Gürcüstan öz ərazisindən Ermənistana silah ötürülməsinə imkan vermədi. İndi isə müharibə olmadığı üçün Tiflisin İrəvana və Parisə yox demək üçün əsası yoxdur. Bu mənada düşünmürəm ki, bu çox ağır və çətin verilən bir qərar olub. Çünki indi həm də ortada Fransa var və Gürcüstan Fransanın yüklərinin daşınmasına açıq müqavimət göstərə bilməz".

Nigar,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR