İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarənin göydən düşən bir hissəsi DƏHŞƏT SAÇDI: az qala...

1103 18.08.2022 16:00 Kriminal A A

ABŞ-ın Meyn ştatının Kapitoli binasında bir polis məmurunu az qala göydən düşən təyyarə hissəsi öldürəcəkdi.

Milli.Az bildirir ki, bu barədə CNN məlumat yayıb.

Cümə günü, avqustun 12-də nahar fasiləsindən vəzifəsinə qayıdan polis məmuru Kreyq Donahyunun üstünə metal əşya düşüb.

Donahye hadisə barədə Augusta Hava Limanına və Federal Aviasiya Administrasiyasına məlumat verib. O, hissənin böyük sərnişin təyyarəsindən düşdüyünü deyib.

Onun sözlərinə görə, obyektin uzunluğu 18 santimetr, eni 12 santimetr, çəkisi isə təxminən 3,5 kiloqram olub.

ABŞ Federal Aviasiya İdarəsi hissənin haradan düşdüyünü araşdırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR