İnsanlara hürriyət, millətlərə istiqlal!

Tevanyandan ŞOK: “Paşinyan 4 ildə erməniləri...”

3475 23.10.2022 20:46 Region A A

“Nikol Paşinyan 4 ildə erməniləri məğlub və qorxaq xalqa çevirməyi bacardı”.

Musavat.com xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan feysbuk səhifəsində yazıb.

Tevanyanın sözlərinə görə, 2018-ci ildə Paşinyan tərəfdarları ən çox “suverenlik” və “qürur” sözlərindən istifadə ediblər.

“Dedilər ki, biz nəhayət Ermənistanı suveren edəcəyik və Ermənistan vətəndaşları bununla fəxr edəcək. Suverenliyin təmin olunması dedikdə onlar anti-Rusiya siyasətini (Bolton dedi ki, tarixi stereotiplərdən qurtulmaq lazımdır), qürur dedikdə isə Nikola heyran olmağı nəzərdə tuturdular.

Lakin hazırda hakimiyyət Türkiyə, Azərbaycan, ABŞ, Fransa, Rusiya, İran, Hindistan, BMT, Aİ müşahidəçiləri, ATƏT, KTMT, Makronun həyat yoldaşı Pelosidən suverenlik, sülh, ərazi bütövlüyü dilənir.

İranın Qafandakı konsulu qafanlıları sakitləşdirib İranın sünikliləri qoruyacağını deyəndə sevinirlər. Bu adamlar İran konsulu və xarici işlər nazirini fəxrlə dinləyirlər, amma vicdanları olsaydı, utanaraq yerə girərdilər.

İranın Süniki himayə etməsi, Azərbaycanı hələlik hücumdan saxlaması təbii ki, yaxşı haldır, amma Ermənistan bura gəlib çıxmamalıydı. Bütün bunlar isə “qürurlu” vətəndaşların qışqırtıları və “suveren” inqilabçıların yalanları altında baş verir...

Əgər belə davam edərsə, o zaman bir gün Gürcüstan da İcevanda konsulluq açıb “sərhədlərin yenidən çəkilməsinə icazə verməyəcəyini”, “Tavuş sakinlərinin özlərini sakit hiss etməli olduğunu”, “çünki Gürcüstan yanlarında olduğunu” elan edə bilər. Deyəsən Paşinyanın anladığı “qürur” və “suverenlik” budur...”, - deyə erməni siyasətçi yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR