İnsanlara hürriyət, millətlərə istiqlal!

Tesla xidmətə cəlb olundu VİDEO

257 06.06.2026 03:42 Dünya A A

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi xilasetmə əməliyyatlarında Tesla Cybertruck elektrik pikaplarından istifadəyə başlayıb.

Musavat.com xəbər verir ki, nazirliyin məlumatına görə, xüsusi təchiz edilmiş avtomobillər termal kameralarla təchiz olunmuş dronlar daşıyır. Bu sistemlər axtarış-xilasetmə əməliyyatlarında ərazinin kəşfiyyatının aparılması, itkin düşən şəxslərin müəyyənləşdirilməsi və əməliyyat qruplarının fəaliyyətinin koordinasiyası üçün istifadə olunur.

Məlumata görə, ilk Cybertruck Almatı şəhərinin fövqəladə hallar idarəsinə təhkim edilib. Avtomobil artıq bir sıra əməliyyatlarda istifadə olunub və müsbət nəticələr göstərib. 

Qazaxıstan FHN bildirib ki, Cybertruck-un əsas üstünlükləri yüksək keçid qabiliyyəti, səssiz hərəkəti və güclü enerji ehtiyatıdır. Elektrik pikap fövqəladə hallar zamanı dronların, rabitə vasitələrinin və digər avadanlıqların enerji ilə təmin edilməsində də istifadə oluna bilir.

Rəsmilər bu təcrübənin uğurlu olacağı təqdirdə gələcəkdə əlavə Tesla Cybertruck avtomobillərinin də xidmətə cəlb edilə biləcəyini istisna etmirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR