İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təsəvvür edin ki, Putini ən yaxın dostu belə aldadıb”

2284 18.03.2022 20:55 Gündəm A A

Natiq Cəfərli: “Hərbi anlamda Rusiyanın məğlubiyyətini təsəvvür etmək çətindir, amma...”

“Hərbi anlamda Rusiyanın məğlubiyyətini təsəvvür etmək çətindir”. Musavat.com xəbər verir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun müəllifliyi ilə yayımlanan “Dərin Təhlil” verilişində ReAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun fikrincə, paralel olaraq hərbi anlamda Ukraynanın da məğlubiyyətini təsəvvür etmək çətindir: “Məğlubiyyət nə demək olacaq? Şəhərlərin dağılması məğlubiyyətdir? Məncə, yox. Söhbət ondan gedir ki, bir pat vəziyyəti yaranır. Burda ən vacib elementlərdən biri zamandır. Zaman da Ukraynanın lehinə işləyir. Bu müharibədə zaman əsas amillərdən biridir. Hətta bunu gizlətmirdilər. Siz Solovyovun müharibədən əvvəl səsləndirilən tezisləri də eyni idi. Dumanın komitə sədri, Dumanın müavini rəsmi şəxslərdir. Yaxud hərbi eksperləri dəvət etmişdilər. 72 saat sözünü dəfələrlə işlədiblər ki, Ukraynanın 72 saat dözmə imkanı var. Amma onların ssenarisi belə idi ki, Rusiya girir, döyüş olmur, təslimçilik olur, bir qondarma siyasi lider tapırlar. Bu ssenari də Medveçuk üzərindən qurulmuşdu və DNR və LNR-dəki kimi bir ssenari formalaşdırılmışdı. Ssenariyə görə, Zelenski və onun hakimiyyət komandası Qərbə qaçır. Ssenari belə idi. Qondarma, özünə bağlı bir hakimiyyət formalaşdırır”.

N.Cəfərli bu ssenarinin niyə alınmaması ilə bağlı versiya və məlumatlarını da bölüşüb. Onun sözlərinə görə, 2014-cü ildən Medvedçuk və onun partiyasına Ukraynanın şərqində Rusiyanın gəlişiniə hazırlıq görülməsi üçün 2 milyard dollara yaxın vəsait ayrılmışdı: “İndi isə məlum olur ki, onun İtaliyada həbs olunan yaxtalarından biri elə Medvedçukun yaxtasıdır. Təsəvvür edin ki, Putini ən yaxın dostu belə aldadıb. “Hər şey qaydasındadır, biz orda iş görürük, əhali orda bizi gözləyir” deyə vəd veriblər. Ara yerdə isə 2 milyardını yeyib, üstündən də su içiblər. Bu, hazırda Rusiyada gedən müzakirələrdə səsləndirilir”.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR