İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərdə 26 yaşlı gənc minaya düşdü, hər iki ayağını itirdi - YENİLƏNİB

1835 23.10.2022 20:06 Hadisə A A

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsindən sonra bir daha vətəndaşlara xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, ANAMA vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, bu gün Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə partlayış baş verib.

Məlumata əsasən, mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.

xxx

Tərtərdə minaya düşən rayon sakininin xəstəxanada müalicəsi davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a bildirilib ki, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

xxx

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR