İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtər və Bərdədə hərbiçilərin mədəni istirahəti təşkil olunub - Fotolar

818 25.06.2022 23:37 Mədəniyyət A A

Regional idarə tərəfindən 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Tərtər və Bərdədə N saylı hərbi hissələrdə hərbiçilərin mədəni istirahəti təşkil olunub.

Musavat.com-a verilən məlumata görə əvvəlcə tədbir iştirakçıları Silahlı Qüvvələr Günü ilə əlaqədar təşkil olunan sərgiyə baxış keçirib və Ulu Öndərin abidəsini ziyarət edərək , önünə gül dəstələri düzüblər.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, Hüquq Mühafizə Orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və digər təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirlərdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əvəzsiz səyləri ilə nizami ordunun yaradılması, bu sahə üçün peşakar kadr hazırlığı istiqamətində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əhəmiyyətli və ölçüyəgəlməz tədbirlərin görülməsi, Azərbaycan ordusunun dünyanın ən güclü orduları arasında yer alması və 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə barədə ətraflı danışıblar.

Sonda xidmətdə fərqlənən zabit və əsgərlərə Tərtər rayon İcra Hakimiyyəti, Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR