İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçulardan biri bir neçə gün əvvəl “Krokus”a gəlibmiş

1216 24.03.2024 15:37 Dünya A A

Martın 22-də “Krokus Siti Holl”da törədilən terror aktından bir neçə gün əvvəl atəş açanlardan biri teatr tamaşası üçün konsert zalına gəlibmiş.

Musavat.com xəbər verir ki, bu barədə “112” Telegram kanalı öz mənbəsinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, terrorçular bir neçə dəfə “Krokus”a baş çəkib, binanın planını, mühafizə postlarının yerini, çıxış qapılarını, təcili qaçış yollarını öyrəniblər.

Hərbi müxbir Kotenok Telegram-da terrorçulardan birinin martın 7-də binada görünməsinə aydınlıq gətirib. Fotoqraf bu adamı adi qonaqla səhv salaraq şəklini çəkə bilib. Daha sonra o, terror aktı törətməkdə şübhəli bilinərək saxlanılıb.

Xatırladaq ki, martın 22-də bir qrup silahlı şəxsin “Krokus Siti Holl”da konsert tamaşaçılarının güllələməsi və zalda partlayışlar törətməsi nəticəsində 133 adam ölüb yüzdən artıq insan yaralanıb. Bütün şübhəlilərin saxlanıldığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR