Krımın Yalta şəhərində çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində 17 nəfər yaralanıb.
"RBC"-nın məlumatına görə, bu barədə Krım rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib. Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Yaltaya hücum edib. PUA-lardan biri çoxmərtəbəli yaşayış binasına düşüb. Kryuçkov əvvəlcə 13 nəfərin yaralandığını, onlardan üçünün vəziyyətinin ağır olduğunu, 6 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib. Daha sonra o, yaralıların sayının 17 nəfərə çatdığını açıqlayıb.
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 242 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Kursk, Leninqrad, Moskva vilayəti, Krasnodar və Stavropol diyarları, Krım, eləcə də Azov və Qara dəniz üzərində vurulub.
Bildirilib ki, dronlar Stavropol diyarının Nevinnomıssk şəhərində və Krasnodarda "Wildberries" şirkətinin anbarlarını da hədəf alıb. Nevinnomısskda 5, Krasnodarda isə 10 nəfər xəsarət alıb, Armavirdə bir nəfər həlak olub.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv






