İnsanlara hürriyət, millətlərə istiqlal!

“Arzum” ev dustaqlığından sonra ilk dəfə görüntüləndi - VİDEO

630 22.07.2026 14:47 Kriminal A A

Paytaxtda ölümlə nəticələnən yol qəzasına görə məhkum edilən və apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan, “Arzum 9999” ləqəbi ilə tanınan bloger İlduzə Hacıyeva azadlığa çıxdıqdan sonra ilk dəfə görüntülənib.

Musavat.com xəbər verir ki, məhkəmə binasını tərk edən Hacıyeva yaxınlarının müşayiəti ilə ərazidən uzaqlaşıb. O, jurnalistlərin suallarını cavablandırmayıb.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsi İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Qərara əsasən, ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etmək qadağan olunub və yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.

Bundan əlavə, müdafiə tərəfinin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya instansiyası işə məhkəmə istintaqı ilə baxılması barədə qərar qəbul edib. Növbəti iclaslarda tərəflər yeni sübutlar təqdim edəcək və iş üzrə araşdırma yenidən aparılacaq.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR