İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin sarayı yenidən gündəmdə

448 22.07.2026 15:43 Dünya A A

Rusiyanın Krasnodar diyarında “Wildberries” anbarında baş verən güclü yanğının yaratdığı tüstü və yanma məhsulları Qara dəniz sahillərinə, o cümlədən Gelencik yaxınlığındakı “Putinin sarayı” kimi tanınan kompleksin yerləşdiyi əraziyə çata bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Meteoweb” saytı xüsusi məlumat yayıb.

Hesablamalara görə, yanğın nəticəsində atmosferə yayılan maddələr günün ikinci yarısında Tuapse sahillərinə çata bilər. Axşama doğru tüstü şleyfinin İdokopas burnunda yerləşən və araşdırmaçıların Rusiya prezidenti Vladimir Putinlə əlaqələndirdiyi saray kompleksinə yaxınlaşacağı gözlənilir.

Gecə saatlarında isə yanma məhsullarının sarayın yerləşdiyi ərazini və Gelenciki əhatə edə, daha sonra Novorossiysk istiqamətində yayıla biləcəyi bildirilir.

Bununla belə, “Meteoweb” mütəxəssisləri sarayın yerləşdiyi ərazidə gözlənilən çirkləndirici maddələrin konsentrasiyasının yol verilən maksimum həddən xeyli aşağı olacağını bildirirlər. Burada havanın çirklənmə səviyyəsinin aşağı olacağı proqnozlaşdırılır. Eyni vəziyyət Maykop, Lazarevsk və Ust-Labinsk üçün də gözlənilir.

Tuapse, Apşeronsk və Qoryaçiy Klyuçda çirkləndirici maddələrin konsentrasiyasının daha yüksək olacağı, lakin bunun da təhlükəli səviyyəyə çatmayacağı qeyd edilir.

“Meteoweb” Rusiyada böyük yanğınlardan və infrastruktur obyektlərinə zərbələrdən sonra çirkləndirici maddələrin atmosferdə yayılmasına dair proqnozlar hazırlayan müstəqil layihədir.

Maraqlıdır ki, Ukrayna hücumlarının nəticələri daha əvvəl də sözügedən iqamətgahın yaxınlığında hiss olunub. 2025-ci ilin avqustunda sarayın yaxınlığına pilotsuz uçuş aparatının düşməsindən sonra ərazidə meşə yanğını başlamışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR