İnsanlara hürriyət, millətlərə istiqlal!

Tereza Mey: Trampın nə edəcəyini müəyyən etmək çətindir

581 24.03.2024 15:00 Dünya A A

Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey ABŞ-ın keçmiş prezidenti Donald Trampla ünsiyyətinin təfərrüatlarını bölüşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tereza Mey bu barədə Milton-Keynsdə Mühafizəkarlar Partiyasının bir qrup tərəfdarı ilə görüşdə danışıb.

Britaniya hökumətinin keçmiş rəhbəri Donald Trampın andiçmə mərasimindən sonra ona baş çəkən ilk dünya lideri olduğunu xatırladıb. Onun sözlərinə görə, görüşdən öncə Trampın NATO ilə mövqeyi barədə qəti fikrə malik olmayıb.

“Hətta onunla təkbətək söhbət etdikdən sonra mətbuat konfransına gedəndə nə deyəcəyindən əmin deyildim... Xoşbəxtlikdən o, NATO-ya sadiqliyini təsdiqlədi”, - deyə sabiq baş nazir bildirib.

Son bir neçə həftə ərzində respublikaçı lider və onun baş köməkçiləri NATO ilə bağlı qarışıq mesajlar göndəriblər. Buna görə də, Meyin fikrincə, indi Tramp qalib gəlsə, yenə problem çıxa bilər.

"O, NATO haqqında yenə ziddiyyətli fikirlər səsləndirir. Amma mənim fikrimcə, çətinlik məhz bu gözlənilməzlikdədir", - deyə Böyük Britaniyanın keçmiş baş naziri paylaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR