İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tərəfdaşlar təklifimizi qəbul etdilər” - Zaxarovanın iddiası

1039 12.04.2023 15:58 Son xəbər A A

İrəvan və Bakı müntəzəm olaraq ikitərəfli danışıqların aparılması təklifini qəbul ediblər.

Musavat.com bildirir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. M.Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyası bu ölkələr arasında sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan və Ermənistana yardım göstərmək üçün səylərini davam etdrir.

“Tərəfdaşlar ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi təklifimizi qəbul etdilər. Bütün bunlar nəhayət razılaşdırıldıqdan sonra tarixləri və konkret tədbirləri açıqlayacağıq” - Rusiya diplomatı bildirib.

Qeyd edək ki, Avropa İttifaqı növbəti görüşə evsahibliyi etmək üçün təşəbbüs göstərir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR