İnsanlara hürriyət, millətlərə istiqlal!

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub VİDEO

782 27.09.2022 23:31 Hadisə A A

Bir neçə gün öncə Yunanıstan "Olimpiakos"unu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarca" klubuna dəyişən Kostas Manolas təqdimat mərasimində kuryoz hadisə ilə üzləşib.

Musavat.com xəbər verir ki, 31 yaşlı müdafiəçi tədbirə gətirilən şirə görə çətin anlar yaşayıb. Yaxınlıqda olan aslanın kükrəməsi yunanıstanlı oyunçunu qorxudub. Kürsüdə olan futbolçu son anda yıxılmaqdan xilas olub.

Qeyd edək ki, "Olimpiakos" "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindəndir. "Köhlən atlar" Pirey təmsilçisinə qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR