İnsanlara hürriyət, millətlərə istiqlal!

Təqaüdçü rusu Latviyadan niyə deportasiya ediblər...

688 17.01.2024 15:15 Dünya A A

Latviya hərbi təqaüdçü Boris Katkovu heç bir izahat vermədən ölkədən qovub.

Musavat.com xəbər verir ki, o, Rusiya mediası ilə söhbətində hakimiyyətin qeyri-dost hərəkətlərini şərh edib.

Bildirilir ki, Katkov Latviya-Rusiya əməkdaşlıq assosiasiyasının idarə heyətinin sədridir. O, həyat yoldaşı, uşaqları və nəvələri ilə Latviyada yaşayırdı. Lakin hakimiyyət onu “milli təhlükəsizliyə təhdid” adlandırıb. Təqaüdçü ölkədən xaric edilib və geri qayıtması qadağan olunub.

Katkovun sözlərinə görə, Latviyanın hərəkətləri rus dilinin və mədəniyyətinin ləğvi prosesi ilə bağlıdır, dövlət bu yolla Rusiya Federasiyası vətəndaşlarını sıxışdırmağa çalışır.

“Bu bir faktdır. Bu, milli radikalların həyata keçirdiyi görünməmiş bir aksiyadır”, - Katkov bildirib.

Bundan əlavə, o deyib ki, Latviya belə bir addımın rusları açıq şəkildə aşağılayacağına ümid edir, Rusiyanın onları müdafiə etməsini dayandırmağa çalışırdı.

Daha əvvəl Katkov qeyd edib ki, ona yığışıb hazır olmaq üçün sözün əsl mənasında bir saat vaxt verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında itini gəzdirdikdən sonra səhər yeməyi yeməyə hazırlaşarkən onun yanına gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR