İnsanlara hürriyət, millətlərə istiqlal!

Tənha insanların sayı artmaqda davam edir: Həkimlərdən həyəcan təbili

864 23.03.2024 04:29 Dünya A A

Xəstəxanaya müraciət edən 65 yaşdan yuxarı yaşlı insanların yarıdan çoxu tənhadır. ABŞ-li alimlər müəyyən ediblər ki, xəstələrin həyat keyfiyyətinin pisləşməsinin səbəblərindən biri də tənhalıqdır.

Məlum olub ki, sosial əlaqələrin sayı qidalanma, yuxu rejimi, fiziki fəaliyyət, pis və yaxşı vərdişlərdən daha çox sağlamlığa təsir edir. Tənhalıq gündə 15-dən çox siqaret çəkməyin ölüm riski ilə müqayisə edilir.

Tənha insanların sayı artmaqda davam etdiyindən həkimlər həyəcan təbili çalırlar. Onlar xəstəxanalarda yaşlı insanlar üçün tənhalıqlarını azalda və həyat keyfiyyətini yaxşılaşdıra biləcək müxtəlif “maraq qrupları” yaratmağa başlayırlar.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR