İnsanlara hürriyət, millətlərə istiqlal!

Təlim zamanı xəsarət alan hərbçimiz xəstəxanada VƏFAT ETDİ

1440 11.07.2024 18:58 Hadisə A A
 
 
İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyi Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu silahı ilə ehtiyatsız davranması nəticəsində aldığı xəsarətdən vəfat edib.
 
Musavat.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
 
Bildirilib ki, bir neçə gün öncə 21 yaşlı MAXE Xanlar Əhmədov təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq bu gün vəfat edib.
 
Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR