Yaponiyanın paytaxtı Tokiodakı Hosey Universitetinin kampusunda bir qız çəkiclə tələbələrə hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hücum nəticəsində ən azı 8 tələbə xəsarət alıb.
Agentlik qeyd edir ki, hücum edən şəxs onların Cənubi Koreya vətəndaşı olan 22 yaşlı tələbə yoldaşı olub.
O, saxlanılıb.
Hücum edən qız dindirilmə zamanı etiraf edib ki, digər tələbələr tərəfindən ona məhəl qoyulmamasından məyus olub və buna görə də hücumu edib.
Musavat.com