İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranın valyuta bazarında dollar rekord həddə çatdı

1099 24.12.2022 20:32 İqtisadiyyat A A

 

Tehranın valyuta bazarında ABŞ dolları rekord həddə çatıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, dekabrın 22-də Tehranın valyuta bazarında ABŞ dollarının məzənnəsi 40 min tümən (~0,96 dollar və ya 1,63 manat) həddini keçib.

"Tehran Times" qəzeti yazır ki, İranda valyuta məzənnəsinin sürətlə qalxması ilə eyni vaxtda kapitalın xaricə axını prosesi o dərəcədə artıb ki, özəl sektorun kommersiya orqanlarının açıqlamasına görə, son bir il yarımda İranın yalnız sənaye və ticarət sektoru ölkədən 70 milyard dollara qədər kapital çıxararaq Kanadaya aparıb. Müxtəlif səbəblərdən Kanada son illərdə miqrasiya və sərmayə qoyuluşu üçün əsas istiqamətlərdən biri olub və indi bu tendensiya daha da güclənib.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR