İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Vitkoff və Kuşnerə şok fırıldaqçılıq ittihamı: Vensə də xəbərdarlıq olunub

371 17.07.2026 10:30 Dünya A A

İran prezident Donalda Trampa yaxın şəxslərin, əsasən Stiv Vitkoff və Cared Kuşnerin "bazar manipulyasiyası" yolu ilə təxminən 9 milyard dollar qazandığını iddia edir.

Musavat.com xəbər verir ki, məlumatı Amerikanın Drop Site News portalı İran rəsmisinə istinadən yayıb. Bildirilir ki, İran hər iki şəxsin danışıqlarda iştirak zamanı əldə etdikləri məlumatları bazar oyunçularına sızdırmaqla külli miqdarda qazanc əldə etdiklərinə əmindir.
Tehran bu məlumatı İsveçrədəki danışıqlar zamanı vitse-prezident J.D.Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinə çatdırıb. İran tərəfi həmçinin Vitkoff və Kuşnerin mediaya məlumat sızdırmasından və İsrail Baş naziri Benyamin Netanyahu və Mossad kəşfiyyat xidmətinin direktoru ilə "demək olar ki, hər gün" danışmasından narahatlığını bildirib.

J.D. Vens X hesabında İsveçrədə ona belə məlumat çatdırılmadığını qeyd edib: "Bu, tamamilə doğru deyil. Mən heç vaxt belə bir məlumat almamışam. Əgər mən belə bir mesaj alsaydım, deyərdim ki, Cared və Stiv Prezidentin komandasının etibarlı üzvləri və çox yaxın dostlarıdır. Bölgədə sülh və rifah üçün onlardan daha çox iş görən heç kim yoxdur. Onların daxili məlumatlara əsaslanaraq ticarət etdikləri iddiası absurddur".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR