İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Pekinə DEMARŞ

1129 07.01.2024 14:27 Dünya A A

İran Çinə neft ixracını kəskin azaldıb.

Musavat.com-un "Reuters"ə istinadən verdiyi məlumata görə, Tehran əsas alıcısına neftin satış qiymətini artırmaq tələbi qoyub.

Məlumatda bildirilir ki, 2023-cü ilin noyabrında İran və Çin "Brent" markalı neftə nəzərən bir barel üçün 10 dollar endirimlə alqı-satqı sövdələşmələri imzalayıblar. Bununla belə, dekabrın əvvəlində Tehran Pekinə dekabr və yanvar aylarında tədarük üçün endirimin 5-6 dollara qədər azaldılacağını elan edib. Çinin sənaye nümayəndələri bu cür hərəkətləri əvvəllər əldə edilmiş razılaşmaların pozulması kimi qiymətləndiriblər.

Agentlik qeyd edib ki, Çinə neft tədarükünün azalması ABŞ-ın Venesuelaya qarşı sanksiyalarını yumşaltması ilə də bağlı ola bilər, bunun nəticəsində Latın Amerikası ölkəsi ABŞ və Hindistana neft tədarükünü bərpa edə bilib. Nəticədə Çin daha ucuz Venesuela nefti ala bilmir. Eyni zamanda Rusiyanın qiymət tavanından yuxarı satılan neftinin daşınması son aylarda Qərbin tətbiq etdiyi sanksiyalar üzündən daha təhlükəli hala gəlib. Pekin bu səbəbdən Rusiyadan da tələbatını ödəyəcək qədər neft ala bilmir. Belə görünür ki, Tehran bu amillərdən yararlanaraq, öz məhsulunu Çinə daha baha qiymətə satmaq qərarına gəlib.

"Reuters" agentliyi "Vortexa" analitik şirkətinin statistikasına istinad edərək, Çinin 2023-cü ilin dekabrında İrandan gündəlik təxminən 1,18 milyon barel neft idxal etdiyini bildirib.

Çin xam neft idxalının təxminən 10 faizini təşkil edən və oktyabr ayında rekord səviyyəyə çatan İran neftinin tədarükünün azalması qlobal qiymətləri dəstəkləyə və Çin neft emalı zavodlarının mənfəətini azalda bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR