İranın Ali Rəhbəri Müctəba Xamenei şiələr üçün müqəddəs hesab olunan Qədir-Xum bayramı münasibətilə ölkədə irimiqyaslı amnistiya fərmanı imzalayıb.
Musavat.com xəbər verir ki, İranın dövlət mediasının yaydığı rəsmi məlumata görə, yeni liderin qərarı ilə iki mindən çox məhkumun cəzası tamamilə bağışlanıb və ya cəza müddəti əhəmiyyətli dərəcədə azaldılıb.
Yerli mətbuat fərmanın icrasına dərhal başlanıldığını bildirir.
Ekspertlər Ali Rəhbər Müctəba Xameneinin bu addımını həm dini bayram ənənəsi, həm də ölkə daxilindəki ictimai-siyasi sabitliyi gücləndirməyə yönəlmiş mühüm bir humanist jest kimi qiymətləndirirlər.
Musavat.com






