İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda dəhşətli partlayışlar - SƏBƏB AÇIQLANMIR

910 07.05.2026 10:03 Dünya A A

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu gün səhər saatlarında Tehranın qərb bölgələrində bir neçə partlayış səsi eşidilib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Yerli mənbələr partlayış səslərinin Cənnətabad, Şəhr-e Ziba, Bağ-e Feyz və Şəhran bölgələrində duyulduğunu bildirir.

Məlumata əsasən, partlayışlar iki dəfə - təxminən saat 02:40 və 03:05 radələrində baş verib.

Hadisənin səbəbi və mümkün nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib. İran hakimiyyəti bu məlumatlarla bağlı indiyədək münasibət bildirməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR