İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəni sarsıdan cinayət: 47 il sonra qatilə son hökm verildi

984 24.06.2026 00:57 Dünya A A

ABŞ-də onilliklərdir gündəmdən düşməyən ən məşhur itkin uşaq hadisələrindən biri ilə bağlı yekun məhkəmə qərarı çıxarılıb.

Musavat.com xəbər verir ki, ABŞ Ali Məhkəməsi 1979-cu ildə 6 yaşlı İtan Patzın qətli ilə bağlı Pedro Hernandesə verilmiş ömürlük həbs cəzasını bərpa edib.

İtan Patz Nyu-Yorkda ilk dəfə təkbaşına məktəb avtobusuna getdiyi gün yoxa çıxmışdı. Onun cəsədi heç vaxt tapılmayıb. Hadisə ABŞ-də böyük rezonans doğurmuş, İtanın fotosu itkin uşaqların axtarışına diqqət çəkmək məqsədilə süd qablaşdırmalarında çap edilən ilk uşaq olmuşdu. Hazırda onun itkin düşdüyü 25 may tarixi ABŞ-də Milli İtkin Uşaqlar Günü kimi qeyd edilir.

Polis yalnız 2012-ci ildə uşağın yaşadığı ərazidəki qəlyanaltı obyektinin keçmiş işçisi Pedro Hernandesin izinə düşmüşdü. O, istintaqa verdiyi ifadədə uşağı zirzəmiyə apardığını, boğaraq öldürdüyünü və cəsədi yox etdiyini etiraf etmişdi.

Hernandes 2017-ci ildə ömürlük həbs cəzasına məhkum edilsə də, sonradan apellyasiya məhkəməsi prosedur pozuntusunu əsas gətirərək hökmü ləğv etmişdi. Bununla belə, ABŞ Ali Məhkəməsinin son qərarı ilə hökm yenidən qüvvəyə minib.

Beləliklə, hazırda 60 yaşı olan Pedro Hernandes ömrünün sonuna qədər həbsdə qalacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR