Ermənistan Apostol Kilsəsinin Rusiya və Yeni-Naxçıvan yeparxiyasının rəhbərliyində təmsil olunan din xadimlərindən biri hərbi toplanışlara cəlb edilib.
Musavat.com xəbər verir ki, yeparxiyanın açıqlamasına əsasən, Voronej şəhərindəki Müqəddəs Sarkis kilsəsinin keşişi Arsen İsraelyan və İjevskdəki Müqəddəs Qriqor Lusavoriç kilsəsinin keşişi Yeremiya Vardanyan Ermənistanda keçirilən hərbi toplanışlara çağırılıblar.
Məlumata görə, hər iki keşiş daha əvvəl orduda kapellan kimi xidmət edib və artıq hərbi toplanışlarda iştirak edir.
Yeparxiya bildirib ki, təcili və gözlənilməz qaydada təşkil edilən toplanışlar səbəbindən din xadimləri xidmət etdikləri kilsələrə vaxtında qayıda bilməyiblər. Bu isə icmaların gündəlik fəaliyyətində müəyyən dəyişikliklərə səbəb olub.
Açıqlamada vurğulanıb ki, keşişlər Vətən qarşısındakı borclarını yerinə yetirməyə hazırdırlar.
Musavat.com






