İnsanlara hürriyət, millətlərə istiqlal!

İllər əvvəl gətirilən maşınlara indi əlavə rüsum yazılır

1085 24.06.2026 00:42 Dünya A A

Rusiyada 2021–2023-cü illərdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən gətirilmiş bəzi avtomobillərlə bağlı əlavə utilizasiya rüsumu hesablanmağa başlanıb.

Musavat.com xəbər verir ki, hüquqşünasların məlumatına görə, söhbət xaricdən şəxsi istifadə üçün gətirilən və sonradan satılan avtomobillərdən gedir. Bildirilir ki, hazırda məhkəmələrdə bu məsələ ilə bağlı çoxsaylı iddialar araşdırılır.

Məlumata görə, tələb olunan əlavə ödənişlərin məbləği bəzi hallarda milyonlarla rubla çatır və hətta avtomobilin bazar dəyərini də üstələyir.

Xüsusi diqqət 2021–2023-cü illərdə Aİİ ölkələri – Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstandan Rusiyaya gətirilmiş avtomobillərə yönəlib.

Rusiya Federal Gömrük Xidməti isə əlavə utilizasiya rüsumunun hesablanmasının ödəniş qaydalarının dəyişdirilməsi ilə deyil, avtomobillərin ölkəyə gətirilməsi zamanı təqdim edilmiş məlumatlarda uyğunsuzluqların aşkar edilməsi ilə bağlı olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR