İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran və Bakı arasında buzlar əriyir: İran rejimi səmimidirmi?

2015 17.04.2023 14:06 Siyasət A A

“İranın Azərbaycana qarşı əks-mövqe limiti var. Çinlə münasibətlərdə dərhal bloklanma ehtimalı, Türkiyə ilə münasibətlər, Rusiya və Böyük Britaniyanın regiona baxışlarını nəzərə aldıqda İran həddini müəyyən etmək baxımından sual qarşısında qalır”.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib.

88064.jpg (18 KB)

O qeyd edib ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Çinin ən böyük limanlarından biri olan Qinqdao ilə anlaşma memorandumu imzalayıb. Ekspertin fikrincə, Çin ilə müttəfiqlikdə Azərbaycan həlledici rol oynayır:

“Müəyyən mərhələlərdə İran Azərbaycana məcburdur. 40 il ərzində İran Azərbaycanla kəskin tonda danışdı, nota verdi. Azərbaycan isə İranın formalaşdırmağa çalışdığı bölgədəki təhlükəsizlik spektrindəki nüfuzunu da yerlə-yeksan etdi, istər dini, hərbi, istərsə də iqtisadi cəhətdən. İran iradəsini Azərbaycanda icra edə bilmir, buna görə də alternativ yola əl atır. Bu baxımdan sual yaranır - İranın cəhdlərinin səmimi olduğuna inanırıqmı? Bakıda “Ölüm olsun İsrailə”, “Dindarlar azad olsun”, “Bakı, Təbriz, Ankara, biz hara, yəhudilər hara?”, “Qüdsün yolu Bakıdan keçir” pankartları açırlar, “Hüseynçi”lərin etdikləri göz önündədir, Təbrizdə hakimiyyət tərəfdaşları Qüds günü yürüşündə “Hüseynuyun” terror təşkilatının bayrağını qaldırırlar, Azərbaycan prezidentini sionist adlandırırlar. Qüdsün yolu Bakıdan keçirsə, Təbrizin yolu haradan keçir? Qüdsün yolu Bakıdan keçirsə, Güney Azərbaycan hardadır? “Hizbullah”ın rəhbəri Seyid Həsən Nəsrullah da Azərbaycana ad çəkmədən “Ehtiyatlı ol, Qüds günü qırmızı xətdir” deyərək söz atırsa, Qüds günü müsəlmanların bəsirətlə vahid düşmənə qarşı birləşdiyini göstərməyə çalışırlarsa, bu vahid düşmənin yanında ifadə etdikləri Azərbaycana qarşı mövqeni niyə dəyişmirlər? Bütün bunlar dünən baş verib. Təəssüf ki, “Hüseynuyun” bayraqları ilə Qüds günü yürüşü münasibətilə müharibə elan etdikləri Azərbaycan prezidentidir. Rəzalətdir! İranın mövqeyi budur”.

Qeyd edək ki, İran XİN sözçüsü Nasir Kənani Azərbaycanla münasibətlərə dair fikirlərini bildirib.

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, o bildirib ki, İranla Azərbaycan Respublikası arasında münasibətlərin düşmənləri var:

“Təbii ki, bizim diqqətimiz mehriban qonşuluğa və ümumi maraqların anlaşılmasına yönəlib. İran İslam Respublikası təşəbbüs göstərərək yaranmış gərginliyi aradan qaldırmağa çalışdı. İran və Azərbaycanın xarici işlər nazirləri arasında üç mərhələdə danışıqlar müsbət keçdi. Ümid edirik ki, müştərək siyasi iradə ilə iki ölkə arasındakı anlaşılmazlıqlar aradan qaldırılacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR