İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ukrayna Rusiyanın Qara dəniz donanmasına faciə yaşatdı - VİDEO

1176 26.12.2023 13:50 Dünya A A

Dekabrın 25-dən 26-na keçən gecə Ukrayna aviasiyasının açdığı atəşlə Krımda Rusiya hərbi donanmasına məxsus "Novoçerkassk" böyük desant gəmisi məhv edilib.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi gəminin xəsarət aldığını etiraf etsə də, xəsarətin xarakteri, gəmiyə təsiri barədə məlumat açıqlanmayıb. Ukrayna tərəfi isə gəminin tamamilə məhv olunduğunu bildirir.

Qeyd edək ki, gəmi 1987-ci ildə istismara buraxılıb, 1990-cı ildən konservasiyada saxlanıb, 2007-ci ildən Rusiya hərbi donanmasına daxil edilib.

112,5 metr uzunluğundakı 4 min tonluq gəmi Feodosiya (Kəfə) limanında Ukrayna aviasiyası tərəfindən qanadlı raketlərlə vurulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR