İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Üçüncü Qarabağ müharibəsi başlayır? - Türk professordan ŞOK AÇIQLAMA

4551 01.09.2023 19:15 Son xəbər A A

Məlum olduğu kimi, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı PUA zərbəsi tətbiq edilib.

Ermənistan genişmiqyaslı təxribatları ilə bağlı Ankara Universitetinin Asiya-Pasifik Araşdırmaları Mərkəzinin direktoru, professor Ali Merthan Dündar Musavat.com-a açıqlamasında bu cür hücumların gözlənilən olduğunu bildirib.

“Ermənistan işğal etdiyi torpaqlardan qəhrəman Azərbaycan ordusunun əsgərləri tərəfindən qovuldu və Azərbaycan torpaqları yenidən Azərbaycan sərhədləri daxilinə alındı. Lakin bu vəziyyət, şübhəsiz ki, bölgədə həm Türkiyə Cumhuriyyətinin, həm də Azərbaycan dövlətinin potansial rəqibi olaraq dəyərləndirilə bilən Rusiya və İran tərəfindən çox da xoş qarşılanmadı. Hətta belə bir gedişatda Hindistan Ermənistanın tərəfində, dost və qardaş ölkə Pakistan isə bizim tərəfimizdə oldu. Şübhəsiz ki, bu ərəfədə Ermənistanın mütəmadi olaraq təhriketmə cəhdlərini görürük. Bundan əlavə, bir gün öncə Livanda Azərbaycan səfirliyinə edilən hücumuna, həmçinin bölgədəki erməni əsilli vətəndaşlara Azərbaycan dövlətinin humanitar yardımlarına ermənilər tərəfindən mane törədilməsinə heç də təəccüb etmədik”, - o qeyd edib.

WhatsApp Image 2023-09-01 at 18.53.32.jpeg (173 KB)

Professor baş verən hücumun gedişatı Üçüncü Qarabağ müharibəsinə aparması ehtimalından danışarkən deyib ki, Ermənistan və müttəfiqləri Azərbaycanın bölgədəki gücünü həzm edə bilmir, odur ki, üçüncü Qarabağ müharibəsi yaratmaq istiqamətində əllərindən gələni edirlər:

“Üçüncü Qarabağ müharibəsi gözlənilirmi" sualına gəlincə, bunu təxmin etmək bir qədər çətindir. Ümid edirik ki, olmayacaq, amma olsa belə, Azərbaycan dövlətinin haqlı olduğu bu davada Türkiyə Cumhuriyyətinin və dostlarının əllərindən gələn hər şeyi edərək azərbaycanlı qardaşlarımızın yanında olacağından kimsənin şübhəsi olmasın. Bu gün yüksələn bəzi güclər var ki, onların arasında Azərbaycan da yer alır. Şübhəsiz ki, rəqiblər bunun qarşısını almaq üçün hər cür təhrik və ya əməliyyatlar həyata keçirməyə cəhd edəcəklər. Amma Türkiyə Cümhuriyyəti dövləti və Azərbaycan rəsmiləri bölgəni və vəziyyəti yaxından izləyir. Ümid edirik ki, geniş miqyasda müharibə olmayacaq. Münaqişə olsa da, vəziyyət Azərbaycanın xeyrinədir, Zəfər Azərbaycanın olacaq! Qardaş Azərbaycanın haqlı olduğu bu davasında problemlərin zərər görmədən, diplomatik yollarla həll ediləcəyinə ümid edirik. Amma təkrar-təkrar vurğulayıram ki, əksi olsa, Türkiyə dövləti və türk milləti hər zaman Azərbaycan türklərinin yanında olacaq”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR