İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Türkiyə və Misir Qəzza ilə bağlı RAZILAŞDI

1746 06.11.2023 20:22 Dünya A A

Ankara və Qahirə minlərlə yaralının Qəzza zolağından Misirə daşınması üçün birgə işləyir.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Misirli həmkarı Xalid Abdel Qaffar ilə telefon danışığı aparan nazir bildirib ki, bu, “Rəfah” keçid məntəqəsi vasitəsilə həyata keçiriləcək:

"Təcili müalicəyə ehtiyacı olan təxminən 1000 xəstə və yaralının “Rəfah” sərhəd keçid məntəqəsi vasitəsilə Misirə gətirilməsi üçün çalışırıq".

Qeyd edilib ki, söhbət Qəzzada fəaliyyətini dayandırmaq məcburiyyətində qalan Türkiyə-Fələstin Dostluq Xəstəxanasında müalicə alan xərçəng xəstələrindən də gedir.

Nazirin sözlərinə görə, əvvəlcə onlar və vəziyyəti ağır olanlar Misirə, oradan isə təcili yardım təyyarələri və xəstəxana gəmisi ilə Türkiyəyə aparılacaq:

"Biz cənab nazirlə razılaşdıq ki, bu həyati əhəmiyyətli layihənin həyata keçirilməsi üçün lazım olan hər şeyi edək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR