İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Trampın təyyarəsi başqa təyyarə ilə toqquşdu, eks-prezident...

1177 15.05.2024 12:23 Dünya A A

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın təyyarəsi “West Palm Beach” (Florida) hava limanında başqa bir təyyarə ilə toqquşub.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatdan aydın olur ki, beynəlxalq hava limanında dövrə vurarkən Trampa məxsus “Boeing 757”nin qanadı başqa bir təyyarəyə çırpılıb. Hadisənin bazar günü baş verdiyi qeyd edilir.

Bundan əvvəl “Boeing” şirkəti yanvar ayında “Boeing 737 MAX” təyyarəsi ilə baş vermiş insidentdən sonra Alyaska Hava Yollarına 160 milyon dollar təzminat ödəmişdi. Həmin vaxt təzyiqin azalması səbəbindən təyyarə havaya qalxdıqdan az sonra təcili eniş edib və gövdəsinin bir hissəsini itirib.

Bu hadisədən sonra Federal Aviasiya İdarəsi (FAA) bu tip təyyarələrin istismarının müvəqqəti dayandırılması və onların yoxlanılması barədə göstəriş verib. Proses altı həftə davam edib və həm “Boeing”, həm də təyyarənin gövdəsini istehsal edən Spirit AeroSystems-ə təsir edib. Mart ayında “The New York Times” “Boeing-in 89” FAA yoxlamasından 33-də uğursuz olduğunu bildirib.

“Boeing- 737” dar gövdəli, qısa və orta məsafəli sərnişin və nəqliyyat təyyarələri ailəsidir. Təyyarə 1967-ci ildən korporasiya tərəfindən istehsal olunur. “Boeing 737” mülki aviasiya tarixində ən populyar sərnişin təyyarəsi olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR