İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Toqquşmalar şiddətləndi - 7,1 milyon insan...

1718 17.11.2023 16:37 Dünya A A

Sudandakı hadisələr Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında müzakirə edilir.

Musavat.com xəbər verir ki, BMT baş katibinin Afrika üzrə müavini Marta Pobee burada üzv ölkələri məlumatlandıraraq, Ciddə danışıqlarında tərəflərin humanitar yardımla bağlı addımlarını alqışladığını bildirib.

Pobee tərəflərin atəşkəslə bağlı danışıqlara hazır olduqları barədə bəyanatlarının əksinə olaraq, ərazidə vəziyyətin pisləşdiyinə diqqət çəkib.

"Təəssüf ki, Ciddə danışıqları zamanı tərəflər atəşkəslə bağlı razılığa gələ bilməyib. Əksinə, toqquşmalar daha da şiddətlənib".

Pobee qeyd edib ki, Sudanda 7,1 milyon insan didərgin düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR