İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Separatçıların növbəti təxribatının qarşısı alındı

1604 03.09.2023 17:33 Son xəbər A A

Separatçıların növbəti təxribatının qarşısı alınıb.

Musavat.com “Caliber”ə istinadən xəbər verir ki, saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib.

Onlar maşından düşüb, hərbçilərimizin ünvanına nalayiq ifadələr səsləndirib, daha sonra mövqelərimizi avtomat silahlardan atəşə tutublar. Xoşbəxtlikdən tərəfimizdən ölən və xəsarət alan olmayıb.

Məlumata görə, erməni təxribatının qarşısını almaq üçün tərəfimizdən dərhal lazımi tədbirlər görülüb.

Bildirilir ki, Rusiya sülhmərmalıları artıq hadisədən xəbərdardırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR