İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Separatçıların başçısı hərəkətə keçdi - TƏXRİBATLARIN ANONSU verildi

3424 14.09.2023 00:11 Son xəbər A A

İlk yayım saatı: 13 sentyabr, 21:10

Sentyabrın 13-də qanunsuz rejimin oyuncaq başçısı Samvel Şahramanyan saxta “milli təhlükəsizlik xidməti”ndə olub.

Musavat.com bu barədə erməni mediasına istinadən məlumat verir.

Baş separatçı orada “departamentin mərkəzi aparatı”nın rəhbər heyəti və yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Şahramanyan xarici və daxili çağırışlara, eləcə də hadisələrin mümkün inkişaflarına toxunub. Bildirib ki, bu həlledici dövrdə koordinasiyalı iş aparmaq, xarici çağırışlara səmərəli şəkildə qarşı çıxmaq, “ölkə”də daxili sabitliyi və qanunun aliliyini qorumaq lazımdır.

Erməni mediası yazır ki, sentyabrın 12-də Samvel Şahramanyan “müdafiə nazirliyi”ndə olub və qondarma qurumun “təhlükəsizlik qüvvələrinin rəhbərliyi” ilə görüş keçirib. Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Bu məlumatlar separatçı rejimin növbəti təxribatlara hazırlaşdığını təsdiqləyir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR