İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya XİN məlumat yaydı: ikitərəfli komissiyanın görüşü...

1277 30.08.2022 19:42 Kriminal A A

Moskvada Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və onun sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilib ki, görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

“Görüşdən əvvəl Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiya yaradılıb. Həmçinin bu il mayın 24-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin ilk görüşü keçirilib.

Rusiya nümayəndə heyəti Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası, sərhəd zonasında sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı aparılan danışıqlarda bundan sonra da məsləhət və texniki yardım göstərməyə hazır olduğunu bildirib. Yeni görüşün tarixləri diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq”, - deyə, bəyanatda qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR