İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: Rusiya Qarabağda müharibəni seçdi – detallar Elxan Şahinoğlu ilə “Canlı”da

1862 07.03.2023 13:40 Gündəm A A

Bir-bir ilə müharibə vəziyyətində olan Qərb və Rusiya Azərbaycan-Ermənistan problemində rollarını bölüşdürüblər və öz imkanlarına uyğun sərhədlər müəyyənləşdiriblər: Azərbaycan-Ermənistan sülhü, Bakı-Xankəndi dialoqu: təhlillər göstərir ki, Moskvanin müqavimətinə baxmayaraq, Azərbaycan-Ermənistan danışıqları artıq Rusiyasız davam edəcək, ancaq Qərbin vasitəçiliyi ilə aparılacaq. Sülh razılaşması, kompromislərin əldə olunması ancaq bu formatda mümkün olacaq. Sergey Lavrov Bakıda dedi ki, Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edə bilər, habelə baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun fəaliyyətini də canlandırmaq mümkündür. Amma bu məsələdə israr etməyəcək. Xatırladaq ki, Rusiyanın iştirakı ilə sonuncu dəfə üçtərəfli müzakirələr ötən ilin noyabrında Soçidə liderlərin iştirakı ilə baş tutmuşdu. Bu görüş kəskin ziddiyyətlərlə yadda qalmışdı və liderlər Putinlə müzakirələrdən gərgin əhval-ruhiyyə ilə ayrılmışdılar.

Azərbaycan və Ermənistan liderləri daha sonra Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə bir araya gəldilər və prosesdə yenidən müsbət dinamika yarandı. Verilən bəyanatlara görə, hazırda Brüsseldə növbəti görüşə hazırlıq gedir. Rusiya artıq bu prosesi əngəlləmək iqtidarında deyil, Lavrovun “israr etməyəcəyik” açıqlaması da Moskvanın çarəsizliyini göstərir.

Ermənistanın Qarabağ mövzusunun sülh razılaşmasına daxil etmək tələbindən geri çəkilməsi kompromislər yolu ilə sülh razılaşmasının imzalanmasını mümkün edir. Bu addım atıldıqdan sonra sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı danışıqlar başlaya bilər. Sözsüz ki, Qərb bu prosesdə də yaxından iştirak edəcək.
Bakı-Xankəndi danışıqları isə Qərbin iştirakı olmadan, ancaq Rusiyanın vasitəçiliyi ilə aparılacaq. Sergey Lavrovun səfərindən sonra Qarabağda Rusiya sülhməramlılarının moderatoruluğu ilə Azərbaycanın rəsmi nümayəndələri ilə Xankəndidəki erməni icmasının təmsilçiləri arasında ilk görüş də keçirildi. Görüşdən sonra isə separatçıların rəhbərliyi bəyan etdi ki, “müstəqillik” tələbindən geri çəkilməyiblər və bu, müzakirə oluna bilməz.

Rusiya hələ ki, regionda güclüdür və öz imkanlarını nümayiş etdirərək, Qarabağda baş verən prosesi tam inhisara aldı. Hazırkı şəraitdə Qərbin Xankəndidəki separatçı rejimə təzyiq imkanları azdır, baxmayaraq ki, ilk təmaslara dərhal müsbət reaksiya verildi. Eləcə də Ermənistan hakimiyyəti də kifayət qədər məhdud resurslara malikdir. Bu məsələ Bakı ilə Moskva arasında müzakirələrin nəticəsinə uyğun olaraq həllini tapa bilər. Lavrov isə Bakıda bəyan etdi ki, Moskva müharibədən sonrakı status-kvonu dəyişməkdə maraqlı deyil. Ona görə Rusiya nə qədər bölgədə güclüdür, Qarabağın erməni əahlisinin Azərbaycanın suverenliyinə qayıtması o qədər problematikdir. Qarabağdakı son gərginlik də bunu sübut etdi... Bəs bu vəziyyət Azərbaycana nə vəd edir?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9-

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR