İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Ordumuz irəlilədi: həlqə daralır – Şoyqunun Laçın hiyləsi İŞƏ DÜŞDÜ- “Canlı debat”da

2650 28.04.2023 13:28 Gündəm A A

Kiçik Qaladərəsi istiqamətində neytral zonada qalmış 1686 və 1516 metr yüksəkliklərinin nəzarətə götürülməsi ilə Qubadlı-Laçın yolunun təhlükəsizliyi təmin olundu.

Bu sözlər “Caucasian Live” Teleqram kanalı ötən gün Ordumuzun sözügedən yüksəklikləri nəzarətə götürməsi haqda qeyd edib.
Ordumuzun bununla Qarabağdakı separatçılığın mərkəzi rolunu oynayan Böyük və Kiçik Qaladərəsi kəndləri istiqamətində həlqəni bir az da daraltdığı bildirilib.
Xatırladaq ki, sözügedən kəndlərdə, o cümlədən Sarıbaba və Onverst kəndlərində 1991-ci ilin may ayında da “Həlqə” əməliyyatı keçirilmiş, separatçılar oradan qovulmuşdu. Qeyd edək ki, dünən Ordumuz Laçın şəhəri - Kiçik Qaladərəsi kəndi istiqamətində 1516 metr və 1686 metr yüksəkliklərini nəzarətə götürüb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə biləcəksiz. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə gündəmdəki bütün sualları müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR