İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU

1014 10.06.2026 07:16 Son xəbər A A

İran ABŞ-nin Bəhreyn, Küveyt və İordaniyadakı hərbi bazalarına ən azı 4 ballistik raket və bir neçə pilotsuz uçuş aparatı (PUA) buraxıb.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasının rəsmisinə istinadən özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Jurnalistin yaydığı məlumatda qeyd olunur ki, İran tərəfindən ABŞ-nin Bəhreyn, Küveyt və İordaniyadakı hərbi bazalarına doğru ən azı 4 ballistik raket və bir neçə dron atılıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İranı Hörmüz boğazı ərazisində Amerika helikopterinə endirilən zərbəyə cavab verəcəyi ilə hədələyib.

O, bildirib ki, ABŞ-nin Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı "Apache" helikopterlərindən biri vurulub. "Göyərtədə iki pilot olub, hər ikisi təhlükəsizlikdədir və xəsarət almayıb. Bununla belə, ABŞ, zəruri olaraq, bu hücuma reaksiya verməlidir", - Tramp sosial şəbəkə hesabında yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR