İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! HƏMAS İsraili belə iflic etdi - ŞOK DETALLAR

1610 30.12.2023 17:32 Dünya A A

“New York Times” qəzetinin yazdığına görə, İsrail 7 oktyabrda HƏMAS-ın hücumuna tam hazır olmayıb.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın “New York Times” nəşri yazıb.

Bildirilib ki, aydın təlimatlar ala bilməyən İsrail əsgərləri WhatsApp və Telegram kimi proqramlardan istifadə edərək təşkilatlanmalı olublar.

"İsrailin ehtiyat qoşunları səfərbər olmağa və tez bir zamanda hərəkətə keçməyə hazır deyildi. Onlardan bəziləri öz təşəbbüsləri ilə cənuba doğru istiqamət almışdılar" - NYT yazıb.

Ən pisi isə İsrailin hücuma cavab vermək planı yox idi. Nəşr qeyd edib ki, Baş nazir Benyamin Netanyahunun keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidrorun sözlərinə görə, İsrail HƏMAS-dan bu səviyyədə hücum gözləmirdi, ona görə də buna hazırlıq görülməyib.

"HƏMAS bu səhvlərdən düzgün yararlanıb. HƏMAS-ın İsrailin cənubundakı hərbi bazasını mühasirəyə alması regional komandanlıq mərkəzini və hərbi reaksiyanı iflic edib. Reim hərbi bazasına hücum əsgərləri qoşunları koordinasiya etməkdənsə, orada həyatları üçün mübarizə aparmağa məcbur etdi" - məqalədə vurğulanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR