İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ermənistanda hərbi hissəyə HÜCUM EDİLDİ - TƏFƏRRÜAT (YENİLƏNDİ)

2832 11.07.2024 11:24 Hadisə A A

İyulun 7-də saat 21:30 radələrində bir qrup mülki şəxs hərbçilərin qadağasına məhəl qoymadan Sisian rayonunda yerləşən N saylı hərbi hissənin nəzarət-buraxılış məntəqəsinə daxil olmaq istəyib. Növbətçinin və alayın qarovulunun tələblərinə məhəl qoymayan şəxslər hərbi hissəsinin ərazisinə güc yolu ilə daxil olublar. 

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Hərbi Prokurorluğu məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, həmin şəxslər hərbi hissənin növbətçisinin tələbi ilə ərazidən uzaqlaşdırılıb. Lakin, onlar daha sonra ərazidə yerləşən hərbi hissənin başqa bir girişinə doğru hərəkət ediblər. Adları istintaq sirri olduğu üçün açıqlanmayan həmin şəxslər darvazaların qarşısında hərbi hissənin taborunun zabiti və öz tapşırığını yerinə yetirən müqaviləli hərbi qulluqçu ilə mübahisə ediblər. Mübahisə zamanı yaranan gərginlik, hərbçilərin qaz tapançası ilə vurulmasına gətirib çıxarıb.

"Əldə edilmiş kifayət qədər fakta əsasında Sisian şəhərinin 3 sakini barəsində Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 468-ci maddəsinin 2-ci hissəsi, 195-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 5-ci bəndləri ilə qeyd olunan cinayət əməllərini törətdiklərinə görə ittiham irəli sürülüb və onlar həbs ediliblər." - , deyə məlumatda qeyd edilib.

****

Ermənistanda hərbi hissəyə hücum edilib.

Musavat.com xəbər verir ki, bu barədə erməni telegram kanalları məlumat yayıb.

Qeyd edilib ki, hərbi hissənin keçid məntəqəsinin qapısında vətəndaşlar iki hərbçi ilə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar.

Hərbi hissənin yerləşdiyi ərazi və nömrəsi hələ ki, açıqlanmayıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR